Bakıda yüzlərlə insanın sığına biləcəyi bunkerə girildi: Şok mənzərə ilə üzləşdilər - Foto

Bakıda yüzlərlə insanın sığına biləcəyi bunkerə girildi: Şok mənzərə ilə üzləşdilər - Foto

Ölkə | 30.06.2025 14:10 | 305 baxış

Dünyada hərbi münaqişələrin artdığı bir dönəmdə insanların təhlükəsizliyi üçün görülən tədbirlər də aktuallığını qoruyur.
 
Belə ki, müharibələr, nüvə sızıntıları, kimyəvi silahların tətbiqi, bir sıra təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bunker və sığınacaqlardan istifadə edilir.
 
 
Bu kimi bunkerlərdən biri sovet illərində Bakının Qaradağ rayonunda – Ələt qəsəbəsi yaxınlığında inşa edilib. Hazırda baxımsız və nəzarətsiz qalan bunkerdən "Photo Stock” platforması fotoreportaj hazırlayıb.
 
Reportajda qeyd edilib ki, bunkerdən içəriyə daxil olduqda burada uzun dəhliz görünür, onun sonu isə müxtəlif qaranlıq otaqlara açılır. Otaqlar arasında keçidlər mövcuddur. Bunkeri gəzdikcə burada müxtəlif səslər eşidilir. Bəzi otaqlarda yararsız monitorlar var. Bunkerə nəzər saldıqda buranın böyük bir yer olduğu məlum olur. Belə ki, istifadə müddətində təxminən 300-400 nəfərin yaşaması üçün şəraitə malikdir.
 
Bunkerdən fotoları təqdim edirik: /.Qaynarinfo.az
Paylaş:

🔁 Oxşar xəbərlər

📣

📣