Müğənni Aysun İsmayılova Elgiz Əkbərin verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, o, aparıcının keçmiş vəkil əri barədə sualını cavabsız qoyub.
"Onun haqqında danışmaq istəmirəm, çünki artıq öz ailəsi var. O mövzuya toxunsam, ayıb olar. Yalnızca övladımın atasıdır, bu qədər...
Niyə tez evlənməsi barədə sualı onun özünə verərəsiniz. Mənim fikir bildirməyim doğru deyil".
İsmayılovanın göstərdiyi rekasiya sosial media izləyiciləri tərəfindən bəyənilib.