Cövdət Şükürov yenidən boşanır

24 Aprel 2024
6628dc1a68a73202404241658
9935

Tanınmış aktyor Cövdət Afiq oğlu Şükürovun həyat yoldaşı Əliyeva Nigar Aləddin qızı nigahlarının etibarsız sayılması ilə bağlı məhkəməyə ərizə verib.

Show.az bildirir ki, "unikal"ın əldə etdiyi məlumata görə, məhkəmə prosesinin hazırlıq iclası bu gün Xətai Rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, bu Cövdət Şükürovun 2-ci evliliyi olub. Bundan öncə aktyor 2019-cu ildə Sara Şükürova adlı xanımdan boşanıb. Həmin evlilikdən aktyorun 2 övladı var. /milli.az