Tiktokçuların həftəlik qazancı gündəm oldu - "Rahat oturub, söyüş söyüb 2 min azn qazanırlar" - VİDEO

28 Mart 2024
Tiktok Leman
1577

Azərbaycandakı Tiktokerlərin həftəlik qazancının məbləği gündəm olub.

Show.az xəbər verir ki, Ləman adlı tiktoker canlı yayımda həftəyə 2000 manat qazandığını qeyd edib.

11 il məktəb 4 il Universitet 2 il magistr oxu əziyyət çək sonunda ya ixtisasın üzrə işin olacaq ya da daha çox əziyyət çəkəsən ki iş tapa biləsən.

Bunlar isə  ekran arxasında rahat oturub söyüş söyüb 2000+ qazanırlar. Bunlara bir tədbir görülməli. Çünki bu tip “tiktokerlər” gənclərin, uşaqların beynini yuyub təhsildən uzaqlaşmasına, tərbiyəsinə çox pis təsir edir.(milli.az)