Rusiyanın 15 yaşlı qəhramanına görün nə hədiyyə edildi

28 Mart 2024
66048bf3a9276202403241323
1310

Rusiyada “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı zamanı 100-dən çox insanın həyatını xilas etmiş 15 yaşlı İslam Xəlilov şücaət və qəhrəmanlığına görə yerli müsəlman icması tərəfindən mükafatlandırılıb.

Show.az rus mediasına istinadən xəbər verir ki, müsəlman oğlan və onun əsl kişi və nümunəvi müsəlman yetişdirən valideynləri Həcc ziyarətinə göndəriləcəklər.

Hələ məktəbli olan İslam Xəlilovun atası deyir ki, hər zaman oğluna dürüst və ədalətli olmağı, ehtiyacı olanlara yardım etməyi öyrədib.

Xatırladaq ki, “Crocus City Hall”da qarderobçu işləyən müsəlman oğlan terror aktı zamanı 100-dən çox insana təxliyyə olmağa kömək edərək onların həyatını xilas edib.

İslam Xəlilov verdiyi müsahibələrdə dəfələrlə vurğulayıb ki, öz hərəkətində xüsusi bir qəhrəmanlıq görmür və hesab edir ki, təhlükəli vəziyyətdə insanları xilas etmək onun borcu idi.

Əsas olan oradan çıxmaq idi. İnsanları çıxarmaq idi. Məndə də alındı. İnsanları xilas etmək borcu və istəyi məni hərəkətə gətirdi. Mən özümü qəhrəman hesab etmirəm. Həmin gecə mənim kimilərin (insanlara yardım edənlərin) sayı olduqca çox idi. Hətta məndən yaşca kiçiklər də var“, – deyə o qeyd edib.

O, terrroçuların çirkin əməlini pisləyərək və həmin şəxslərin İslamla ortaq heç nəyinin olmadığını deyib. İslam Xəlilov özünün və ailəsinin Ramazan ayında oruc tutduğu və dəhşətli faciədə həyatlarını itirənlərin ailələrinə başsağlığı verib, dünyadan köçənlər üçün dualar etdiyini deyib./az.shafaqna.com