"Ərə gedirəm, sevgi çox gözəl bir şeydir" - Röya Ayxan ailə quracaq - VİDEO

18 Aprel 2024
Roya
4699

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib.

"PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib.

Röyanın toyu yay aylarında baş tutacaq:

"Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi, vəssalam. Sevgi çox gözəl bir şeydir. O qədər gözəl hisslərdir ki... Mən bunu gözəl yaşayıram. Sevdimsə, onu da qəşəng yaşayıram".