"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq - VİDEO

02 May 2024
662df1e6e0836202404245118
798

"Avroviziya 2024"də ölkəmizi təmsil edəcək Fahree və İlkin Dövlətov artıq ikinci məşqlərini ediblər.

Show.az xəbər verir ki, ifaçılarımız “Özünlə apar” mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, finalı isə 11 mayda olacaq.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.